“Bank Standard”ın aktivlərini KPMG qiymətləndirəcək

“Bank Standard”ın aktivlərini KPMG qiymətləndirəcək Bu barədə Əmanətlərin Sığortalanması Fondu məlumat yayıb
Maliyyə
8 Fevral , 2017 14:55
“Bank Standard”ın aktivlərini KPMG qiymətləndirəcək

Bakı. 8 fevral. REPORT.AZ/ 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 4 oktabr 2016-cı il tarixli qərarı ilə “Bank Standard” QSC müflis elan edilib və onun barəsində ləğv prosesinə başlanılıb. Eyni zamanda, həmin qərar əsasında banka ləğvedici qismində Əmanətlərin Sığortalanması Fondu (ADİF) təyin edilib.

“Report” xəbər verir ki, bu barədə ADİF-in açıqlamasında bildirilib.

Məlumatda deyilir ki, ləğvetmə prosesinin şəffaflığının təmin edilməsi məqsədi ilə “Bank Standard”ın aktivlərinin qiymətləndirilməsi KPMG-nin Azərbaycan nümayəndəliyinə həvalə olunub və proses beynəlxalq qiymətləndirmə standartlarına uyğun olaraq təşkil edilib.

"KPMG Azerbaijan" şirkəti KPMG-nin Avropanın, yəni Rusiya, MDB ölkələri, Almaniya, İngiltərə, İsveçrə, Hollandiya, İspaniya, Belçika, Türkiyə, Norveç, Lüksemburq və Səudiyyə Ərəbistanının audit, vergi və hüquq, məsləhət xidməti praktikalarını əhatə edən "KPMG Europe LLP"-nin (KPMG ELLP) tərkibinə daxildir. KPMG Böyük Dördlük şirkəti olaraq, dünyanın 152 ölkəsində 189 mindən çox əməkdaşa malik olmaqla audit, vergi və məsləhət xidmətləri göstərən peşəkar şirkətlərin qlobal şəbəkəsidir.

Son xəbərlər

Orphus sistemi