“Bank Standard”da 80 mln. manata yaxın pulu qalmış əmanətçi var

“Bank Standard”da 80 mln. manata yaxın pulu qalmış əmanətçi var Bakı. 28 fevral. REPORT.AZ/ Ləğv prosesində olan “Bank Standard” QSC-dəki 157 mln. manat məbləğində sığortasız əmanətlərin, təxminən yarısı 1 nəfərə məxsusdur.
Maliyyə
28 Fevral , 2018 17:03
“Bank Standard”da 80 mln. manata yaxın pulu qalmış əmanətçi var
Bankın Kreditorlar Komitəsinin sədri, hüquqşünas Əkrəm Həsənov / Report/ Firi Salim

Bakı. 28 fevral. REPORT.AZ/ Ləğv prosesində olan “Bank Standard” QSC-dəki 157 mln. manat məbləğində sığortasız əmanətlərin, təxminən yarısı 1 nəfərə məxsusdur.

“Report” xəbər verir ki, bu barədə Bankın Kreditorlar Komitəsinin bu gün keçirilən iclasında qurumun sədri, hüquqşünas Əkrəm Həsənov məlumat verib.

İclasda iştirak edən Azərbaycan Əmanətlərin Sığortalanması Fondunun (ADIF) icraçı direktorunun müavini Vüqar Abdullayev isə bildirib ki, rəhbərlik etdiyi qurum indiyə qədər "Bank Standard"ın qorunan əmanətçilərinə 437 mln. manat kompensasiya ödəyib. Bunun isə 80 mln. manatını Fond geri qaytara bilib. 

Ə.Həsənov isə əlavə edib ki, “Bank Standard”ın verdiyi 750 mln. manat kreditin qaytarılan hissəsini 500 mln. manata çatdırmaq mümkündür.

Son xəbərlər

Orphus sistemi