Bakı. 26 yanvar. REPORT.AZ/ "Bank Silk Way" ASC 2015-ci ildə 2,5 mln. manat həcmində mənfəət əldə edib ki, bunun da 777 min manatını vergi kimi ödəyib. Nəticədə ötən il Bankın xalis mənfəəti 1,7 mln. manat təşkil edib.
"Report"un Banka istinadən verdiyi xəbərə görə, hesabat ilində Bankın gəlirləri 34,3 mln. manat, xərcləri 26,2 mln. manat olub. Gəlirlərin 24,1 mln. manatı və ya 70,4%-i faiz,10,1 mln. manatı və ya 29,6%-i qeyri-faiz gəlirlərinin payına düşüb. Xərclərin isə 12,8 mln. manatı və ya 49,1%-i faiz, 13,3 mln. manatı və ya 51,0%-i qeyri-faiz xərcləri olub.
Qeyd edək ki, cari il yanvarın 1-nə "Bank Silk Way"in aktivləri 368,2 mln. manat təşkil edib. Bunun da 209,1 mln. manatı xarici valyutada olub.