​"Bank Respublika" yeni xidmətini istifadəyə verib

​"Bank Respublika" yeni xidmətini istifadəyə verib Bu yenilik Bankın "İnternet Şöbə" xidmətinin davamıdır
Maliyyə
30 Mart , 2016 13:40
​Bank Respublika yeni xidmətini istifadəyə verib

Bakı. 30 mart. REPORT.AZ/ "Bank Respublika" ASC "Mobil Şöbə" xidmətini təqdim edib. “Mobil Şöbə” xarici görünüşü və funksionallığı tamamilə yenilənmiş mobil əlavədir. "Report"un Banka istinadən verdiyi xəbərə görə, bu yenilik Bankın “İnternet Şöbəsi” xidmətinin davamıdır.

"Hazırda ilkin versiyanın istifadəyə verilməsinə baxmayaraq, burada da müştərilər üçün bir sıra yeni funksiyalar mövcuddur. Yaxın zamanda daha bir neçə yeniliklərin istifadəyə verilməsi ilə “Mobil Şöbə” imkanlarını genişləndirəcək", - deyə Bankın İdarə Heyəti sədrinin müavini Aslan Abasov bildirib.

“Mobil Şöbə”də kartın balansı haqqında məlumat və çıxarış, bank hesablarında qalıqlar, mövcud kreditlər və ödəniş qrafikləri haqqında məlumat, əmanətlər haqqında ətraflı hesabat və s. əldə etmək mümkündür.

"Card to Card" əməliyyatları, hesaba mədaxil və kommunal xidmətlərin ödənişini etmək də mümkündür. Yeniliklərdən biri şəxsi ödəniş şablonlarının yaradılması imkanıdır ki, bu şablonları gələcəkdə məlumatların doldurulmasına artıq vaxt sərf etmədən istifadə etmək olar.

“Mobil Şöbə”nin istifadəçisi olmaq üçün “Bank Respublika” və “Mobil Şöbə” açar sözlərini "Google Play"də yazıb həmin əlavəni yükləmək lazımdır. Daha sonra Bankın uyğun filialına müraciət edərək mobil qurğunuzun qeydiyyatı üçün birdəfəlik şifrə veriləcək. Qeydiyyatdan keçən kimi “Mobil Şöbə” seçilən dördrəqəmli PİN-kodla istifadə oluna bilər.

Hazırda bu əlavə yalnız "Android" (5.0 və daha yuxarı) platformasından yüklənə bilər, lakin yaxın zamanda "iOS" sistemi üçün də yeni versiya təqdim ediləcək.

Son xəbərlər

Orphus sistemi