“Bank Respublika” yeni korporativ müştərilər üçün kampaniya keçirir

“Bank Respublika” yeni korporativ müştərilər üçün kampaniya keçirir Bakı. 2 noyabr. REPORT.AZ/ “Bank Respublika” ASC onun yeni əməkdaşlığa başlayan korporativ müştərilər üçün “XOŞ GƏLDİN” adlı kampaniyaya start verib.
Maliyyə
2 Noyabr , 2017 15:03
“Bank Respublika” yeni korporativ müştərilər üçün kampaniya keçirir

Bakı. 2 noyabr. REPORT.AZ/ “Bank Respublika” ASC onun yeni əməkdaşlığa başlayan korporativ müştərilər üçün “XOŞ GƏLDİN” adlı kampaniyaya start verib.

“Report” xəbər verir ki, bu barədə Bankın açıqlamasında bildirilir.

Məlumatda deyilir ki, bu ilin sonuna qədər davam edəcək kampaniya çərçivəsində hüquqi şəxslər və fərdi sahibkarlar bankın bütün əməliyyat xidmətləri üzrə güzəştlər əldə edəcəklər.

“Kampaniyanın başlıca məqsədi odur ki, “Bank Respublika” ilə yeni əməkdaşlığa başlayan hər bir sahibkar, bir ay ərzində heç bir komissiya ödəmədən təqdim olunan xidmət və bank məhsullarının keyfiyyətini özü dəyərləndirsin. Bundan sonra, müştəri “Bank Respublika” ilə əməkdaşlığı davam etdirəcəyinə özü qərar verəcək.” – deyə Bankın Korporativ satışlar departamentinin direktoru Sadiq İbadov bildirib.

Beləliklə, yaxın 2 ay ərzində yeni korporativ müştərilər üçün bank, o cümlədən qeyri kredit xidmətləri üzrə komissiya bir aylıq müddətə ləvğ edilir. Bunlar hesabların açılması, biznes kartlar, maaş kartları, elektron bankçılıq, pos-terminal və valyuta mübadiləsi üzrə komissiyalardır.

Həmçinin kampaniya çərçivəsində əməkdaşlığa yeni qoşulmuş korporativ müştərilərə, ölkədaxili və xarici köçürmələr, hesabdan nəğd pulun çıxarılması, əmək haqqı kartları, biznes kartları və pos-terminal üzrə komissiyalar və digər qeyri-kredit xidmətləri üzrə komissiyalar bir aylıq müddətə ləğv olunur.

Beləliklə, yeni əməkdaşlığa başlamış müştərilərə bir ay ərzində yuxarıda qeyd olunan xidmətlər tamamilə pulsuz göstəriləcək. Güzəşt müddəti bitdikdən sonra “XOŞ GƏLDİN” kampaniyası çərçivəsində yeni müştərilərə, əməliyyat həcmindən asılı olaraq standart tariflərdən daha münasib xüsusi tariflər tətbiq olunacaq.

Son xəbərlər

Orphus sistemi