Müştərilərini hər zaman maraqlı və sərfəli təkliflərlə sevindirən “Bank Respublika” ASC yerli kommersiya platforması “Wolt” ilə əməkdaşlıq çərçivəsində, VISA ödəniş sistemi bazasında yeni kobrend kartını bazara təqdim etdi.
Məhdud sayda buraxılan yeni “Wolt kobrend” kartı öz sahiblərinə həm onlayn sifarişlərdə, həm də bank kartından gündəlik istifadədə bir çox üstünlüklər təqdim edir. Belə ki, “Wolt” kart sahibləri “Wolt” əlavəsində sifarişlər zamanı eksklüziv endirimlər və sifariş məbləğinin 5%-i qədər “Cash back” edəcəklər. Yeni kart VISA ödəniş sisteminin bütün üstünlükləri və “Bank Respublika”nın bank xidmətlərinin rahatlığı var. “Wolt” kartı tamamilə PULSUZ və ilkin ödənişsiz təqdim olunur!
Bununla yanaşı, 31 yanvar 2023-cü il tarixinə qədər davam edəcək kampaniya çərçivəsində müştərilər “Wolt” xidməti üzrə ödənişlərdən əlavə, bu kartla edilən bütün digər ödənişlər üçün də 1% “Cash back” əldə edəcəklər.
“Bu kartın ən mühüm xüsusiyyəti – hər biri öz sahəsinin liderlərdən biri olan 3 nüfuzlu şirkətin tərəfdaşlığının nəticəsi kimi ortaya çıxmasıdır. Mən “Wolt” və “Visa” komandalarına “Wolt kobrend” kartını dünyada ilk dəfə təqdim etmək imkanı verdiklərinə görə təşəkkür etmək istərdim. Əminik ki, tərəfdaşlıq layihələrimiz bundan sonra da davamlı olacaq və müştərilərimiz üçün yeni imkanlar yaradacaq”, - deyə “Bank Respublika”nın İdarə Heyətinin sədri Tariyel İsmayılov qeyd edib.
“Biz çox şadıq ki, bizim ko-brend kartımız istifadəçilərə “Wolt” əlavəsində mövcud olan restoran və mağazalardan alış-veriş edərkən pozitiv təcrübə əldə etmək imkanı təqdim edir. Bu kartla bütün istifadəçilər “Wolt-kredit” formasında 5% “cash back” qazanacaqlar ki, bu da sonrakı sifarişlərdə endirim kimi istifadə oluna bilər. Gələcəkdə biz bu kart əsasında loyallıq proqramı yaratmağı planlaşdırırıq ki, bu da bizə istifadəçilərə yeni və sərfəli təkliflər təqdim etməyə imkan verəcək”, - deyə “Wolt” şirkətinin Azərbaycandakı baş meneceri Tofiq Süleymanov bildirib.
“Bu gün biz Azərbaycanda nağdsız iqtisadiyyatın fəal inkişafının şahidi oluruq. Söhbət həm ölkədə aparılan əməliyyatların ümumi həcminin artmasından, həm də elektron ticarətin ayrıca sahə kimi inkişafından gedir. Visa bu prosesə öz töhfəsini verir, çünki şirkətin strateji məqsədi insanlara alış-veriş etmək üçün sürətli, rahat və ən əsası təhlükəsiz bir həll təqdim etməkdir. Bu səbəbdən biz, Wolt və Bank Respublika ilə birlikdə sahiblərinə endirimlər və xoş bonuslar təqdim edəcək ilk kobrend kartı təqdim etməkdən məmnunuq. Əminəm ki, bu, Azərbaycan iqtisadiyyatının daha da rəqəmsallaşmasına və inkişafına töhfə verəcək”, - deyə VISA şirkətinin Mərkəzi Asiya və Azərbaycan üzrə vitse-prezidenti və regional meneceri Kristina Doroş bildirib.
Daha ətraflı məlumatı bankın rəsmi