"Bank Respublika" vergi işçiləri üçün kredit kampaniyasına start verir

"Bank Respublika" vergi işçiləri üçün kredit kampaniyasına start verir Martın 1-dək davam edəcək kampaniya çərçivəsində maksimum müddәti 36 ay olan 30 000 manatadək nağd istehlak kreditini ZAMİNSİZ əldə etmək olacaq
Maliyyə
10 Fevral , 2021 10:13
Bank Respublika vergi işçiləri üçün kredit kampaniyasına start verir

“Bank Respublika” vergi işçilərini “11 Fevral – Vergi xidməti işçilərinin peşə bayramı” münasibətilə təbrik edir və yeni kredit kampaniyasına start verir.

Martın 1-dək davam edəcək kampaniya çərçivəsində vergi işçiləri maksimum müddәti 36 ay olan 30 000 manatadək nağd istehlak kreditini 15 %-dən başlayan faiz dərəcəsi ilə və ZAMİNSİZ əldə etmək imkanı qazanacaq.

Bundan başqa kredit götürən müştərilərə istəklərinə uyğun olaraq Visa Gold plastik kartı HƏDİYYƏ olunacaq, eləcə də krediti onlayn sifariş etdikdə komissiyada 50 % ENDİRİM təqdim ediləcək.

Qeyd edək ki, "Bank Respublika"da kredit götürmənin digər üstünlükləri çevik rəsmiləşdirmə və heç bir sığorta haqqının olmamasıdır.

Kampaniyadan yararlanmaq istəyən müştərilər, krediti onlayn olaraq "Bank Respublika"nın rəsmi saytından, facebook səhifəsindən, eləcə də WhatsApp-da Çat-Bot xidmətindən istifadə edərək 051 4 144 144 nömrəsinə “Kredit” yazıb göndərərək sifariş edə bilərlər.

Son xəbərlər

Orphus sistemi