“Bank Respublika” ASC və
Avqust-sentyabr aylarında respublikamızın 7 rayonunda keçirilən yarmarkalarda Bank xüsusi olaraq yaradılmış mobil ofislərdə 2 000-dən çox fermer və sahibkarı kredit şərtləri ilə tanış edərək onları maraqlandıran sualları cavablandırıb.
Kredit yarmarkaları Lənkəran, Bərdə, Sabirabad, Gəncə, Zaqatala, Quba və Xaçmaz şəhərlərində keçirilib. Müştərilərin rahatlığını tam təmin etmək məqsədilə yarmarkalar şəhərin mərkəzi küçələrində təşkil edilib və əhalinin kütləvi marağına səbəb olub.
Qeyd edək ki, bu tip kreditlər AKİA-nın vəsaiti hesabına, illik 7%-lə kənd təsərrüfatının inkişafı məqsədilə verilir. Damazlıq heyvan alışı üçün heyvanın dəyərinin 25%-i qədər ilkin ödəniş tələb edilir, dövlət 60% subsidiya (güzəşt) ayırır, qalan məbləği isə illik 7%-lə Bank kreditləşdirir. Sahibkarlar həmçinin 20% ilkin ödəniş etməklə, qalan 40%-i dövlətdən subsiya kimi, ondan geriyə qalan məbləği isə bankdan faizsiz kredit almaqla kənd təsərrüfatı texnikası əldə edə bilərlər.
Daha ətraflı məlumatı bankın rəsmi








