“Bank Respublika” “Uber”in Azərbaycandakı tərəfdaşı olub

“Bank Respublika” “Uber”in Azərbaycandakı tərəfdaşı olub Ölkəmizdə rəqəmsal bankçılıq sahəsində lider banklardan biri olan “Bank Respublika” ASC və “Uber” əməkdaşlığa başlayıblar. Bu saziş “Uber”in ödəniş əməliyyatlarının daha rahat və etibarlı şəkildə həyata keçirilməsinə və xidmətin effektiv inkişaf etməsinə imkan verəcək.
Maliyyə
22 Oktyabr , 2019 13:00
“Bank Respublika” “Uber”in Azərbaycandakı tərəfdaşı olub

Ölkəmizdə rəqəmsal bankçılıq sahəsində lider banklardan biri olan “Bank Respublika” ASC və “Uber” əməkdaşlığa başlayıblar. Bu saziş “Uber”in ödəniş əməliyyatlarının daha rahat və etibarlı şəkildə həyata keçirilməsinə və xidmətin effektiv inkişaf etməsinə imkan verəcək.

Əməkdaşlıq sayəsində “Uber” istifadəçiləri taksi xidmətindən daha sərfəli qiymətlərlə istifadə edə biləcək , “Uber”ə qoşulan sürücülər daha sərfəli maliyyə həlləri əldə edəcəklər.

“Biz ölkəmizdə də çox məşhur dünya brendi olan “Uber” taksi xidməti ilə əməkdaşdığa başlamaqdan məmnunuq. “Bank Respublika”nın maliyyə həlləri nəticəsində həm istifadəçilər, həm də Uber xidmətinin sifarişlərini yerinə yetirən sürücülər qazanacaq", - Bankın İdarə Heyətinin sədr müavini Aslan Abasov bildirib.

Daha ətraflı məlumatı bankın rəsmi internet saytında, facebook səhifəsində və ya 144 nömrəsinə zəng edərək əldə edə bilərsiniz.

Son xəbərlər

Orphus sistemi