“Bank Respublika” Sərhədçilər Gününə özəl kampaniyaya start verir!

“Bank Respublika” Sərhədçilər Gününə özəl kampaniyaya start verir! “Bank Respublika” ASC ilin 12 ayı boyunca yayın istisində, qışın soyuğunda vətənimizin sərhədlərini igidliklə qoruyan sərhədçilərimizi “18 Avqust - Sərhəd Qoşunları Günü” münasibətilə təbrik edir.
Maliyyə
181
18 Avqust , 2020 10:54
“Bank Respublika” Sərhədçilər Gününə özəl kampaniyaya start verir!

“Bank Respublika” ASC ilin 12 ayı boyunca yayın istisində, qışın soyuğunda vətənimizin sərhədlərini igidliklə qoruyan sərhədçilərimizi “18 Avqust - Sərhəd Qoşunları Günü” münasibətilə təbrik edir və onları sevindirəcək yeni kredit kampaniyasına start verir.

Belə ki, kampaniya çərçivəsində 18, 19, 20 avqust tarixlərində Dövlət Sərhəd Xidmətinin əməkdaşları, həmçinin bu qurumlardan təqaüdə çıxanlar, nağd istehlak kreditini 15,9%-dən başlayan faiz dərəcəsi müddətindən asılı olmayaraq  0% KOMİSSİYA ilə əldə edə biləcəklər.

Kreditin maksimal mәblәği 30 000 manat, müddәti isә 24 ay tәşkil edir. Rəsmi gəlirdən asılı olaraq 15 000 AZN-ə qədər məbləğdə kredit zaminsiz də təqdim edilə bilər. Bundan başqa kredit götürən müştərilərə plastik kart HƏDİYYƏ olunacaq. Qeyd edək ki, "Bank Respublika"da kredit götürmənin digər üstünlükləri çevik rəsmiləşdirmə və heç bir sığorta haqqının olmamasıdır.

Müxtəlif ehtiyacların qarşılanması üçün nəzərdə tutulmuş bu krediti “Bank Respublika”nın istənilən filialına sadəcə şəxsiyyət vəsiqəsi ilə müraciət edərək almaq olar.

Kampaniyadan yararlanmaq istəyən müştərilər, evdən çıxmadan Bankın rəsmi saytından, facebook səhifəsindən və eləcə də WhatsApp Kredit xidmətindən istifadə edərək, asanlıqla və vaxt itirmədən 050 6 144 144 nömrəsinə müraciət edib kredit sifariş edə bilərlər.

Daha ətraflı məlumatı Bankın rəsmi internet saytında, facebook səhifəsində və yaxud 144 nömrəsinə zəng edərək əldə edə bilərsiniz.

Son xəbərlər

Orphus sistemi