"Bank Respublika" “Qayğısız yay” nağd kredit kampaniyasına start verib

"Bank Respublika" “Qayğısız yay” nağd kredit kampaniyasına start verib Çoxdan arzuladığınız yay məzuniyyətinə hazırlaşırsınız? Yoxsa bu yay həyata keçirmək istədiyiniz başqa planlarınız var?
Maliyyə
8 May , 2023 10:46
Bank Respublika “Qayğısız yay” nağd kredit kampaniyasına start verib

Çoxdan arzuladığınız yay məzuniyyətinə hazırlaşırsınız? Yoxsa bu yay həyata keçirmək istədiyiniz başqa planlarınız var?

O zaman, “Bank Respublika” ASC-nin sizi istənilən məqsədlərinizə daha yaxın edəcək rahat, sürətli və sərfəli nağd kredit təklifindən faydalanmağa tələsin! Belə ki, müştərilərini hər zaman maraqlı və sərfəli kampaniyalarla sevindirən “Bank Respublika” bu yayı qayğısız keçirmək arzusunda olanlar üçün yeni “Qayğısız yay” nağd kredit kampaniyasına start verib.

Kampaniyası çərçivəsində müştərilər nağd kreditləri illik min.12%-lə əldə etmək imkanı qazanacaq və kredit banka gəlmədən birbaşa ünvanlarına çatdırılacaq.

Kampaniyanın digər üstünlükləri:

- Maksimal məbləğ 50 000 manat;

- Maksimal müddət 48 ay;

- Güzəşt müddəti – 3 ay;

- Krediti onlayn sifariş edərkən komissiyada 50% endirim;

- Zamin tələb olunmur;

- Sığorta xərci yoxdur.

Kampaniya 1 iyul 2023-cü il tarixinə qədər davam edəcək.

Kampaniyadan faydalanmaq istəyən müştərilər bankın istənilən filialına yaxınlaşaraq, bankın rəsmi saytında onlayn müraciət edərək, eləcə də “WhatsApp”da “Çat-Bot” xidmətindən istifadə edərək 050 6 144 144 nömrəsinə “Kredit” yazıb göndərərək kredit sifariş edə bilərlər.

Daha ətraflı məlumatı bankın rəsmi web saytında, facebook, instagram, linkedin səhifələrində və yaxud Bankın Çağrı Mərkəzinə 144 nömrəsinə zəng edərək əldə edə bilərsiniz.

Son xəbərlər

Orphus sistemi