Bakı. 20 fevral. REPORT.AZ/ “Bank Respublika” ASC nizamnamə kapitalını 10 000 067 və yaxud 17,4% artıraraq 67 461 088,1 manata çatdırıb.
“Report” xəbər verir ki, kapital artımı üçün dövriyyəyə hər birinin nominal dəyəri 2,45 manat olan 4 081 660 ədəd yeni səhm buraxılıb.
Qiymətli kağızları bankın mövcud səhmdarları əldə ediblər.
Xatırladaq ki, “Bank Respublika” 1992-ci ildə yaradılıb.