“Bank Respublika”nın Müşahidə Şurasının sədri ADB-nin vitse-prezidenti ilə görüşüb

“Bank Respublika”nın Müşahidə Şurasının sədri ADB-nin vitse-prezidenti ilə görüşüb Ötən həftə dünyanın nüfuzlu banklarından biri - Asiya İnkişaf Bankının (ADB) geniş nümayəndə heyəti Azərbaycanda səfərdə olub. Səfər çərçivəsində ADB-in vitse-prezidenti Şiksin Çen ölkəmizdə əməkdaşlıq etdiyi özəl sektor nümayənədələri, xüsusilə bank sekt
Maliyyə
21 Sentyabr , 2022 13:08
“Bank Respublika”nın Müşahidə Şurasının sədri ADB-nin vitse-prezidenti ilə görüşüb

Ötən həftə dünyanın nüfuzlu banklarından biri - Asiya İnkişaf Bankının (ADB) geniş nümayəndə heyəti Azərbaycanda səfərdə olub. Səfər çərçivəsində ADB-in vitse-prezidenti Şiksin Çen ölkəmizdə əməkdaşlıq etdiyi özəl sektor nümayəndələri, xüsusilə bank sektorunun nümayənədələri ilə birgə görüş keçirib.

Görüşdə “Bank Respublika” ASC-nin Müşahidə Şurasının sədri Şakir Rəhimovun rəhbərliyi ilə bankın nümayəndə heyəti də iştirak edib. Tərəflər müxtəlif sahələr üzrə əməkdaşlığın inkişaf iqtiqamətləri, Bankın dövlət-özəl tərəfdaşlığı sahəsində texniki yardımı və qarşılıqlı maraq doğuran digər məsələlərı müzakirə ediblər.

ADB-in vitse-prezidenti Şiksin Çen Bankın ölkəmizlə əlaqələrin genişlənməsində marağını ifadə edib, birgə təşəbbüslərin və layihələrin icrasının Azərbaycanda sürətli inkişafın dəstəklənməsinə töhfə verəcəyini deyib.

Daha ətraflı məlumatı bankın rəsmi web saytında, facebook, instagram, linkedin səhifələrində və yaxud Bankın Çağrı Mərkəzinə 144 nömrəsinə zəng edərək əldə edə bilərsiniz.

Son xəbərlər

Orphus sistemi