“Bank Respublika” Naxçıvanda şəhid övladlarına bayram sevinci yaşatdı!

“Bank Respublika” Naxçıvanda şəhid övladlarına bayram sevinci yaşatdı! Ölkəmizdə bir çox sosial yönümlü layihələrin təşəbbüskarı və dəstəkçisi olan “Bank Respublika” ASC Vətən müharibəsi şəhidlərinin övladları üçün növbəti təqdirəlayiq aksiya həyata keçirib.
Maliyyə
1 İyun , 2023 09:32
“Bank Respublika” Naxçıvanda şəhid övladlarına bayram sevinci yaşatdı!

Ölkəmizdə bir çox sosial yönümlü layihələrin təşəbbüskarı və dəstəkçisi olan “Bank Respublika” ASC Vətən müharibəsi şəhidlərinin övladları üçün növbəti təqdirəlayiq aksiya həyata keçirib.

Belə ki, Bankın əməkdaşları “1 iyun – Uşaqların müdafiəsi Günü” ərəfəsində Naxçıvan MR-da yaşayan, vətənin müdafiəsi uğrunda igidlik göstərərək şəhid olmuş əsgər və zabitlərin övladlarını ziyarət edərək, onlara müxtəlif hədiyyələr təqdim edərək bayram sevinci yaşadıb.

Azərbaycan Ordusunun qüdrətindən, şəhidlərimizin döyüş zamanı göstərdiyi qəhrəmanlıqlardan söz açan bankın əməkdaşları, şəhid övladlarına atalarının igidliklərinə görə qürur duymalarını və Azərbaycan xalqının hər zaman onları xatırlayacağını bildiriblər.

Keçirilən görüşlərdə Bankın nümayəndələri torpaqlarımızın azadlığı uğrunda canından keçən qəhrəmanlarımızın övladlarının hər birimiz üçün əmanət olduğunu, şəhid və qazi ailələrinə “Bank Respublika”nın daim xüsusi diqqət və qayğı göstərəcəyini vurğulayıblar.

“Bank Respublika” YAŞAT Fondu, “Silahlı Qüvvələrə Yardım Fondu” və “Qarabağ Dirçəliş Fondu”na vəsait ianə edən ilk banklardan biridir.

Daha ətraflı məlumatı bankın rəsmi web saytında, facebook, instagram, linkedin səhifələrində və yaxud Bankın Çağrı Mərkəzinə 144 nömrəsinə zəng edərək əldə edə bilərsiniz.

Son xəbərlər

Orphus sistemi