“Bank Respublika” Müəllimlər Günü münasibətilə kampaniya keçirir

“Bank Respublika” Müəllimlər Günü münasibətilə kampaniya keçirir Bank müəllimlərə illik faiz dərəcəsində 2% endirimlə nağd pul kreditləri təklf edir
Maliyyə
4 Oktyabr , 2017 14:13
“Bank Respublika” Müəllimlər Günü münasibətilə kampaniya keçirir

Bakı. 4 oktyabr. REPORT.AZ/ “Bank Respublika” ASC 5 oktyabr - Müəllimlər Günü münasibəti ilə müəllimlərə illik faiz dərəcəsində 2% endirimlə nağd pul kreditləri təklf edir.

Bankdan “Report”a verilən məlumata görə, krediti bu ayın sonuna qədər istənilən filialdan almaq olar.

Kreditin maksimal məbləği 10 min manat, maksimal müddəti 24 aydır. Kredit tək şəxsiyyət vəsiqəsilə rəsmiləşdirilə bilər. Belə ki, gəlirlər haqqında arayışı birbaşa bankdan almaq mümkündür. 3 min manata qədər kredit isə zaminsiz verilə bilər.

Kampaniya çərçivəsində müəllimlər “PayKart” kredit taksit kartını komissiyasız əldə edə biləcəklər. Bu kart bir sıra üstünlükləri ilə seçilən rahat və səmərəli ödəniş vasitəsidir. "PayKart”da bərpa olunan kredit xətti mövcuddur ki, bu da öz növbəsində həm Azərbaycan, həm də xarici ölkələrdə alış-verişin aparılması və vəsaitin nağdlaşdırılması zamanı bir çox imkanlar yaradır. Kartla ödəniş etdikdə, müştərinin istəyi ilə bütün ödənişlər 3 aydan 12 aya qədər bölünə bilər.

“Bank Respublika”dan kredit almağın vacib üstünlüyü isə bir sıra xidmətlərin paket formasında pulsuz təqdim olunmasıdır. Kredit alanlara avtomatik olaraq bank məhsullarını banka gəlmədən idarə etməyə imkan verən “Mobil Şöbə” və “İnternet Şöbə” xidmətləri hədiyyə olunur.

Son xəbərlər

Orphus sistemi