"Bank Respublika" manat əmanətlərini bahalaşdırıb

"Bank Respublika" manat əmanətlərini bahalaşdırıb Milli valyuta ilə 6 və 12 ay müddətinə qoyulan əmanətlər üzrə faiz dərəcəsi 3% artırılıb
Maliyyə
19 Yanvar , 2017 10:51
Bank Respublika manat əmanətlərini bahalaşdırıb

Bakı. 19 yanvar. REPORT.AZ/ "Bank Respublika" ASC fiziki və hüquqi şəxslərin manatla yerləşdirilən müddətli və yığım əmanətləri üzrə faiz dərəcələrini artırıb.

Bu barədə "Report" Banka istinadən xəbər verir.

Məlumata görə, milli valyuta ilə 6 və 12 ay müddətinə qoyulan klassik əmanətlər üzrə illik faiz dərəcəsi 3% artırılaraq 15%-ə çatdırılıb. 

Yığım əmanəti üzrə illik faizlər isə 3 ay üçün 10%, 6 ay üçün 12%, 12 ay üçün isə 14% müəyyən edilib.

Yeni faiz dərəcələri Bankın təmsil olunduğu bütün bölgələri aiddir.

Son xəbərlər

Orphus sistemi