“Bank Respublika” komissiyasız vә 2% endirimlә nağd pul krediti tәklif edir

“Bank Respublika” komissiyasız vә 2% endirimlә nağd pul krediti tәklif edir Bank tәdris ilinin başlaması münasibəti ilə yeni kredit kampaniyası keçirir
Maliyyə
21 Avqust , 2017 11:53
“Bank Respublika” komissiyasız vә 2% endirimlә nağd pul krediti tәklif edir

Bakı. 21 avqust. REPORT.AZ/ “Bank Respublika” ASC yeni tәdris ilinin başlaması münasibətilə yeni kredit kampaniyası keçirir.

Bu barədə “Report”a bankdan bildirilib.

Məlumatda deyilir ki, tәhsil haqqını ödәməkdə vә yaxud mәktәb lәvazimatlarının almaqda çətinlik çəkənlər “Bank Respublika”nın sentyabrın 20-nə qədər, komissiyasız vә 2% endirimlə təklif etdiyi nağd kreditindən faydalana bilərlər.

Kreditin maksimal mәblәği 10 min manat, maksimal müddәti isә 2 ildir.

Üç min manata təhsil krediti zaminsiz verilә bilәr, bu kredit üzrә aylıq ödәnişin olması üçün 36 aylıq müddәtә ayrıla bilər. Kampaniyanın üstün cәhәtlərindən biri də ondadır ki, təhsil haqqı ödənişi üçün abituriyentdәn onun ali mәktәbә daxil olması barәdә arayış tәlәb olunmur.

Krediti rәsmilәşdirmәk üçün “Bank Respublika”nın filiallarından birinə yaxınlaşmaq və yaxud bankın internet səhifəsindən onlayn әrizә ilә müraciәt etmәk lazımdır.

Kredit haqqında daha әtraflı mәlumat: https://goo.gl/RTgRmG

Onlayn әrizә forması: https://goo.gl/NqCYej

Son xəbərlər

Orphus sistemi