“Bank Respublika” 10 milyon manatlıq ilk istiqraz buraxılışını uğurla həyata keçirib

“Bank Respublika” 10 milyon manatlıq ilk istiqraz buraxılışını uğurla həyata keçirib Dekabrın 16-da “Bakı Fond Birjası” QSC-də "Bank Respublika" ASC-nin kapital bazarlarında ilk istiqraz buraxılışını qeyd etmək məqsədi ilə “Açılış Zəngi” mərasimi keçirilib.
Maliyyə
170
17 Dekabr , 2021 11:15
“Bank Respublika” 10 milyon manatlıq ilk istiqraz buraxılışını uğurla həyata keçirib

Dekabrın 16-da “Bakı Fond Birjası” QSC-də "Bank Respublika" ASC-nin kapital bazarlarında ilk istiqraz buraxılışını qeyd etmək məqsədi ilə “Açılış Zəngi” mərasimi keçirilib.

Hərrac zamanı “Bank Respublika”nın emissiya etdiyi istiqrazlara investorların böyük marağı müşahidə olunub və tələb təklifi 30% üstələyərək 12,98 milyon manat təşkil edib. Bu isə öz növbəsində Bankın şəffaf iş prinsipi o cümlədən bazarda qazandığı inam və etimadın göstəricisidir.

Hərrac zamanı investorlar öz sifarişlərini qarantiya etmək məqsədi ilə istiqrazın alışı üçün onun nominal qiymətindən yuxarı təkliflər də irəli sürüb və nəticədə istiqrazlar üzrə orta ölçülmüş gəlirlilik 8,3% təşkil edib, istiqrazın orta ölçülmüş qiyməti isə 1 000 AZN (kupon 8,5%) məbləğində müəyyən olunub.

İstiqrazdan əldə olunan vəsaitlər ölkənin real sektorunun inkişafı və Bankın əsas fəaliyyəti ilə bağlı digər layihələrin maliyyələşdirilməsi istiqamətində istifadə ediləcək.

“Bank Respublika” 30 illik uğurlu fəaliyyəti ərzində müştərilərinin etimadını qazanaraq ölkə bankları arasında ilk beşlikdə möhkəmlənib. Bankın səhmdarları arasında Almaniyanın ən böyük maliyyə qurumları - DEG İnvestisiya Korporasiyası (KfW və SIDT bank qrupunun üzvü) və “Sparkassen International Development Trust” (“Sparkassen-Finanzgruppe” maliyyə qrupunun üzvü) var.

Daha ətraflı məlumatı “Bank Respublika”nın rəsmi saytından, facebook səhifəsindən və yaxud 144 – Çağrı Mərkəzinə zəng edərək əldə etmək mümkündür.

Son xəbərlər

Orphus sistemi