“Bank Respublika” III rübdə uğurlu maliyyə nəticələri nümayiş etdirib

“Bank Respublika” III rübdə uğurlu maliyyə nəticələri nümayiş etdirib Ölkənin ən böyük banklarından biri olan “Bank Respublika” ASC bu ilin III rübünə dair maliyyə göstəricilərini açıqlayıb. Hesabata əsasən, Bank rüb ərzində dinamik inkişaf etməkdə olub, yaxşı əməliyyat və maliyyə nəticələri nümayiş etdirib. Həmçinin, Bank
Maliyyə
329
26 Oktyabr , 2020 18:10
“Bank Respublika” III rübdə uğurlu maliyyə nəticələri nümayiş etdirib

Ölkənin ən böyük banklarından biri olan “Bank Respublika” ASC bu ilin III rübünə dair maliyyə göstəricilərini açıqlayıb. Hesabata əsasən, Bank rüb ərzində dinamik inkişaf etməkdə olub, yaxşı əməliyyat və maliyyə nəticələri nümayiş etdirib. Həmçinin Bank rəqəmsal paltformasını köklü şəkildə yeniləyib, bu isə, onun dövrümüzün aktual çağırışlarına sürətli və effektiv cavab verməsinə, eləcə də müştərilərə göstərilən xidmətin keyfiyyətini və sürətini əhəmiyyətli dərəcədə artırmasına imkan verəcək.

1 oktyabr 2020-ci il tarixinə Bankın aktivləri 1,07 milyard manat təşkil edib ki, bu da ölkə bankları arasında ən yüksək göstəricilərdən biridir. III rübün nəticələrinə əsasən Bankın xalis mənfəəti artaraq 5,8 milyon manat təşkil olub. Ötən ilin analoji dövrü ilə müqayisədə Bankın xalis faiz gəliri isə 21%-dən çox artaraq 35,4 milyon manata çatıb. Koronavirus (COVID-19) pandemiyası ilə əlaqədar tətbiq olunan karantin tədbirlərinə baxmayaraq, Bank real sektorun kreditləşməsini davam etdirərək 9 ay ərzində 190 milyon manat kredit verib.

Hesabata əsasən, ötən ilin analoji dövrü ilə müqayisədə Bankın məcmu kapitalı 15% artaraq 84,9 milyon manat olub və minimum məcmu kapital normasını (50 milyon manat) 70% üstələmişdir. Bundan başqa, I dərəcəli kapitalın adekvatlıq əmsalı 10,71%, məcmu kapitalın adekvatlıq əmsalı isə 15,93% təşkil edib ki, bu da normadan müvafiq olaraq 2 dəfə və 1,8 dəfə çoxdur.

Daha ətraflı məlumatı Bankın rəsmi internet saytında, facebook səhifəsindən və yaxud 144 nömrəsinə zəng edərək əldə edə bilərsiniz.

Son xəbərlər

Orphus sistemi