Bakı. 31 may. REPORT.AZ/ “Bank Respublika” ASC yeni kampaniya həyata keçirir. “Report”un məlumatına görə, Bankda əmanət hesabı açan müştərilərə əmanətin faiz gəlirləri ilə yanaşı, bank müştərilərə depozitin məbləği qədər şəxsi sığorta hədiyyə edir.
Bankın müştərilərə göndərdiyi bildirişdə deyilir ki, şəxsi sığorta 15-ə qədər sığorta növünü əhatə edir. Sığorta hadisəsi baş verən zaman, sığorta ödənişi müqavilədə qeyd olunan şəxslərə verilir.
Qeyd edək ki, həmin əmanətlər Azərbaycan Əmanətlərin Sığortalanması Fondu (ADIF) tərəfindən qorunur.