Bakı. 29 mart. REPORT.AZ/ 2017-ci ilin yekunlarına əsasən Mərkəzi Bank və Azərbaycan Banklar Assosiasiyası tərəfindən ölkədə nağdsız ödənişlərin inkişafı istiqamətində keçirilən tədbirdə "Bank Respublika" ASC “Elektron bankçılıq xidmətlərində lider bank” nominasiyasında növbəti dəfə 1-ci yerə layiq görüldü.
Bununla yanaşı, Bank Respublika “Nağdsız ödənişlər üzrə lider bank” nominasiyası üzrə 2-ci yeri, “Təmassız post-terminal infrastrukturu üzrə lider bank” nominasiyasında isə 3-cü yeri qazandı.
Müştərilərə daha operativ və əlverişli xidmət növlərinin göstərilməsi məqsədilə Bank Respublika elektron bankçılıq sahəsində yeni layihələr üzərində çalışır.