"Bank Respublika" dollar satışına yenidən limit qoyub

"Bank Respublika" dollar satışına yenidən limit qoyub Hazırda Bankdan bir nəfər maksimum 300 dollar ala bilər
Maliyyə
8 Sentyabr , 2016 15:11
Bank Respublika dollar satışına yenidən limit qoyub

Bakı. 8 sentyabr. REPORT.AZ/ "Bank Respublika" ASC bu gün səhər saatlarından limitsiz nağd dollar satışı həyata keçirsə də, bir qədər əvvəl yenidən valyuta satışına limit tətbiq edib. 

"Report" xəbər verir ki, hazırda bankdan bir adam maksimum 300 dollar ala bilər.

Xatırladaq ki, "Bank Respublika" 1992-ci ildə yaradılıb. Onun nizamnamə kapitalı 37 460 985,1 manatdır. Bu məbləğ hər birinin nominal qiyməti 2,45 manat olan 15 290 198 səhm əsasında formalaşıb.

Səhmlərin 16,7%-i Almaniyanın "DEG" investisiya şirkətinə ("Unibank" ASC-nin 8,3%-lik səhmdarı), 8,3%-i isə "Sparkassen International Development Trust" şirkətinə, 16,67%-i Natiq Saday oğlu Quliyevə, 15,18%-i Elçin Saday oğlu Quliyevə, 14,53%-i Sevda Saday qızı Quliyevaya, 14,36%-i Saday Əsəd oğlu Quliyevə, 14,07%-i Mariya Heydər qızı Quliyevaya, qalan 0,19%-i isə 9 fiziki və 3 hüquqi şəxsə məxsusdur.

Son xəbərlər

Orphus sistemi