“Bank Respublika”da korporativ müştərilərin akkreditiv və zəmanətlərə marağı artır

“Bank Respublika”da korporativ müştərilərin akkreditiv və zəmanətlərə marağı artır Bakı. 21 iyun. REPORT.AZ/
Maliyyə
21 İyun , 2018 13:00
“Bank Respublika”da korporativ müştərilərin akkreditiv və zəmanətlərə marağı artır

Bakı. 21 iyun. REPORT.AZ/

Mövcud iqtisadi şəraitdə kommersiya risklərinin azaldılması və hesablaşmaların güvənliyi korporativ müştərilər üçün aktual mövzudur. Şirkətlər tərəfindən bu məhsula göstərilən maraq və bu sahədə aparılan əməliyyatların sabit artan dinamikası müasir hesablaşma formalarına keçid tendensiyasını təsdiqləyir.

Ötən ilin analoji dövrü ilə müqayisədə 2018-ci ilin 1-ci rübündə “Bank Respublika” ASC-nin sənədli əməliyyatlar üzrə portfeli 2 dəfə, əməliyyatların sayı isə 3 dəfə artmışdır.

"Bank Respublika" öz müştərilərinin xarici iqtisadi müqavilələrinə xidmət göstərmək sahəsində zəngin təcrübəyə malikdir. Azərbaycanın ən sabit banklarından biri kimi "Bank Respublika" nüfuzlu xarici partnyor-bankları ilə müştərək müştərilərə aşağıdakı sahələr üzrə sənədli əməliyyatlar üzrə əməkdaşlıq təklif edir:

- bank zəmanətlərinin bütün növləri;

- sənədli akkreditivlər;

- rezerv (stand-by) akkreditivləri;

- sənədli inkasso;

Beynəlxalq ticarətin "Bank Respublika"da maliyyələşdirilməsinin üstünlükləri:

"Bank Respublika"nın partnyorları olan birinci dərəcəli xarici bankların təsdiqnaməsindən istifadə imkanı;

- Ticarətin maliyyələşdirməsinin qiyməti orta hesabla ənənəvi kreditləşmədən çox ucuz başa gəlir;

- Çərçivə razılaşmasına əsasən bank zəmanətlərinin bir neçə dəfə verilməsi imkanı;

- Əməkdaşlıq və xidmətin göstərilməsi üzrə şərtlər müəyyən edilən zaman individual yanaşma;

- Ticarətin maliyyələşdirilməsi və əməliyyatların aparılması məsələləri üzrə müştərilərə pulsuz məlumat məsləhət dəstəyi verilir.

- Bank zəmanəti olduqda Müştəri (Alıcı) avans ödəmir, beləliklə də o, öz maliyyə vəsaitlərini daha effektiv istifadə edə bilər.

"Sənədli əməliyyatların aparılması üzrə illər ərzində qurulmuş texnologiya "Bank Respublika"ya akkreditivləri ən qısa müddətdə açmaq imkanı verir. Ölkə üzrə xidmət göstərən geniş filial şəbəkəsi sayəsində isə hesablaşmaların bir çoxu vahid maliyyə strukturu daxilində həyata keçirilir. Bunun hesabına razılaşma üzrə ümumi xərclər azalır, əməliyyatlar isə daha oprativ yerinə yetirilir. Bir qayda olaraq, akkreditivi ilk dəfə tətbiq edən müştəri gələcəkdə də bu hesablaşma formasına üstünlük verir", - deyə bankın Korporativ Satışlar Departamentinin rəhbəri Sadiq İbadov qeyd edib.

Daha ətraflı məlumatı bankın rəsmi saytıfacebook səhifəsindən əladə etmək olar.

Son xəbərlər

Orphus sistemi