“Bank Respublika” cəbhəyanı rayonlarda fermerlərə dəstək oldu!

“Bank Respublika” cəbhəyanı rayonlarda fermerlərə dəstək oldu! “Bank Respublika” ASC ölkəmizin cəbhəyanı rayonlarında yaşayan həssas əhali qruplarının özünüməşğulluğunun təşkili istiqamətində öz dəstəyini göstərib.
Maliyyə
2 Sentyabr , 2020 10:49
“Bank Respublika” cəbhəyanı rayonlarda fermerlərə dəstək oldu!

Ölkəmizdə davamlı olaraq sosial layihələr həyata keçirən, ölkənin aparıcı banklarından olan “Bank Respublika” ASC ölkəmizin cəbhəyanı rayonlarında yaşayan həssas əhali qruplarının özünüməşğulluğunun təşkili istiqamətində öz dəstəyini göstərib.

Bu dəfə Bankın əməkdaşları düşmənlə təmas xəttində yerləşən Tovuz, Ağdam və Tərtər rayonlarında sosial müdafiəyə xüsusi ehtiyacı olan işsiz şəxslərlə, aztəminatlı ailələrlə, məcburi köçkünlərlə görüşərək, onların şəxsi biznes yaratmaq arzularını reallaşdırıb. Belə ki, Bank tərəfindən cəbhəyanı bölgələrin sakinlərinə heyvandarlıq təsərrüfatı yaratmaq məqsədilə qoyun, quzu, inək və yem təqdim olunub. Sakinlər şəxsi biznes, yəni daimi gəlir mənbəyi yaratdıqlarına görə “Bank Respublika”ya və layihənin bütün iştirakçılarına öz təşəkkürünü bildiriblər.

Bu tədbirlər, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Azərbaycan Mərkəzi Bankı və “Azərbaycan Banklar Assosiasiyası” İctimai Birliyi arasında həssas əhali qruplarının özünüməşğulluğunun təşkilinə köməklik göstərilməsi sahəsində əməkdaşlığa dair Memorandum çərçivəsində həyata keçirilir.

Bankın ilin əvvəlindən etibarən Özünüməşğulluq Proqramı çərçivəsində gördüyü tədbirlər ilin sonuna qədər ölkənin digər bölgələrində də icra olunacaq.

Daha ətraflı məlumatı bankın rəsmi internet saytında, facebook səhifəsində və yaxud 144 nömrəsinə zəng edərək əldə edə bilərsiniz.

Son xəbərlər

Orphus sistemi