"Bank Respublika" 2018-ci ilin ikinci rübünə dair maliyyə hesabatlarını açıqlayıb

"Bank Respublika" 2018-ci ilin ikinci rübünə dair maliyyə hesabatlarını açıqlayıb Bakı. 26 iyul. REPORT.AZ/ Bank Respublika ASC cari ilin ikinci rübünün yekunlarına dair maliyyə hesabatlarını açıqlayıb. Hesabata əsasən Bank ikinci rübdə də bütün istiqamətlər üzrə dinamik inkişaf etməyə davam edir.
Maliyyə
26 İyul , 2018 13:53
Bank Respublika 2018-ci ilin ikinci rübünə dair maliyyə hesabatlarını açıqlayıb

Bakı. 26 iyul. REPORT.AZ/ "Bank Respublika" ASC cari ilin ikinci rübünün yekunlarına dair maliyyə hesabatlarını açıqlayıb. Hesabata əsasən Bank ikinci rübdə də bütün istiqamətlər üzrə dinamik inkişaf etməyə davam edir.

"Report"un banka istinadən verdiyi xəbərə görə, 1 iyul 2018-ci il tarixinə bankın aktivləri 860 mln. manata qədər çatdırılıb ki, bu da birinci rüblə müqayisədə 16,4% çoxdur. İkinci rübün nəticələrinə əsasən bankın xalis mənfəəti artaraq 640 min manata çatdırılıb.

Hesabat dövrünə bankın depozit portfelində cari ilin birinci rübünə nisbətən 23,2%, kredit portfelində isə 13% artım müşahidə olunur.

“2018-ci ilin ikinci rübünün yekunları üzrə əldə etdiyimiz pozitiv göstəricilər – təsdiq etdiyimiz inkişaf strategiyasının mərhələli şəkildə həyata keçirilməsinin nəticəsidir. Bu nəticələr müştərilərimizin maliyyə ehtiyaclarını maksimal şəkildə təmin etməyə və biznesi maliyyələşdirən aparıcı təşkilat kimi Bankın bazardakı mövqeyini möhkəmləndirməyə imkan verəcək” – deyə “Bank Respublika”nın İdarə Heyətinin sədri Asəf Namazov qeyd edib.

Daha ətraflı məlumatı bankın rəsmi internet saytında, facebook səhifəsində və ya 144 nömrəsinə zəng edərək əldə etmək mümkündür.

Son xəbərlər

Orphus sistemi