Bakı. 9 iyun. REPORT.AZ/ "Azər-Türk Bank" ASC yenilənmiş
"Report"un banka istinadən verdiyi xəbərə görə, ayrı-ayrı kredit məhsullarını və ödəniş kartlarını sifariş etmək istəyən, habelə bankda yeni əmanət hesabı açmaq istəyən müştərilər müvafiq filialda onlara xidmət vaxtını bu sistemin köməyi ilə əvvəlcədən özləri müəyyənləşdirə bilərlər.
"Müştərinin onlayn sifarişi filiala daxil olan kimi onunla əlaqə yaradılır, xidmət vaxtı təyin edilir və müştəri filiala gələnə qədər bir sıra sənədlər hazırlanmış olur. Müştəri bu məqamda öz vaxtına xeyli qənaət edir", - bankdan bildirilib.