İngiltərə Mərkəzi Bankı uçot dərəcəsini artırmaq qərarına gəlib

İngiltərə Mərkəzi Bankı uçot dərəcəsini artırmaq qərarına gəlib Böyük Britaniyada inflyasiya son 15 ildə ən aşağı həddə düşüb
Maliyyə
26 Yanvar , 2015 11:16
İngiltərə Mərkəzi Bankı uçot dərəcəsini artırmaq qərarına gəlib

Bakı. 26 yanvar. REPORT.AZ/ İngiltərə Mərkəzi Bankı (Bank of England) yaxın iki ildə inflyasiyanın səviyyəsini 2%-ə qaldırmaq üçün uçot dərəcəsini artırmaq niyyətindədir. "Report"un məlumatına görə, bunu "The Wall Street Journal"a müsahibəsində İngiltərə Mərkəzi Bankı Maliyyə siyasəti Komitəsinin üzvü Kristin Forbes deyib.

İngiltərə Milli Statistika Bürosunun məlumatına əsasən, ölkədə inflyasiya 2014-cü ilin noyabrından sonra 1%-dən 0,5%-ə düşüb və bu, 2000-ci ildən sonra qeydə alınmış ən aşağı inflyasiya göstəricisidir.

K.Forbesin sözlərinə görə, neftin qiymətinin aşağı düşməsi 2016-cı ilə qədər Britaniyada istehlak xərcləri və investisiya ilə bağlı problemlər yarada bilər.

Son xəbərlər

Orphus sistemi