"Bank of Baku" yeni kampaniyaya başlayıb

"Bank of Baku" yeni kampaniyaya başlayıb Noyabrın 5-dək "Bolkart" kredit kart sahibləri balanslarındakı tam məbləği nağdlaşdıra bilərlər
Maliyyə
26 Oktyabr , 2017 12:47
Bank of Baku yeni kampaniyaya başlayıb

Bakı. 26 oktyabr. REPORT.AZ/ “Bank of Baku” ASC “Bolkart”ın 6 yaşına özəl olaraq "6 yaşda, 6 yeni kampaniya" adı altında silsilə kampaniyalara başlayıb.

“Report” bu barədə Banka istinadən xəbər verir.

Bu silsilənin birincisi “Bolkart” kredit kart sahibləri üçün təqdim olunan 100% nağdlaşdırma kampaniyasıdır. 25 oktyabr-5 noyabr tarixləri arasında keçirilən kampaniya şərtlərinə əsasən, "Bolkart" kredit kart sahibləri balanslarındakı məbləğin hamısını, yəni tam 100%-ni nağdlaşdıra biləcəklər.

"Bolkart"ın 6 yaşına özəl elan edilmiş bu kampaniyadan müsbət kredit tarixçəsinə malik olan həm köhnə, həm də yeni “Bolkart” kredit kart sahibləri faydalana bilərlər.

Nağdlaşdırma üçün yeni “Bolkart” kredit kartlarında 1%, köhnə “Bolkart” kartlarında isə 2% komissiya nəzərdə tutulub. Məsələn, köhnə “Bolkart” kredit kart sahibi, 1000 manat nağdlaşdırma etsə və 10 dekabra qədər onu banka geri qaytarsa əlavə heç bir faiz olmadan, sadəcə nağdlaşdırma komissiyası nəzərə alınmaqla ümumilikdə 1 020 manat ödəniş edəcək. 

Yeni “Bolkart” kredit kart sahiblərinin isə 1 000 manat nağdlaşdırma zamanı geri ödəyəcəkləri məbləğ, əsas borc və 1% nağdlaşdırma komissiyası daxil olmaqla, 1 010 manat təşkil edəcək.

Son xəbərlər

Orphus sistemi