“Bank of Baku”ya müvəqqəti rəhbər təyin olunub

“Bank of Baku”ya müvəqqəti rəhbər təyin olunub Banka rəhbərlik Zaur Qaraisayevə həvalə edilib
Maliyyə
1541
16 Yanvar , 2017 10:39
“Bank of Baku”ya müvəqqəti rəhbər təyin olunub

Bakı. 16 yanvar. REPORT.AZ/ “Bank of Baku” ASC-nin İdarə Heyətinin (İH) sədri vəzifəsinə müvəqqəti icraçı təyin edilib. “Report” xəbər verir ki, Banka rəhbərlik İH-nin sədr müavini Zaur Qaraisayevə həvalə edilib.

O, yeni vəzifəsində Abbas İbrahimovu əvəz edib. A.İbrahimovun isə "Azərbaycan Beynəlxalq Bankı" ASC-yə transfer olunduğu bildirilir.

Xatırladaq ki, "Bank of Baku" 1994-cü ildən fəaliyyət göstərir. Onun nizamnamə kapitalı 52,87 mln. manatdır. Bankın səhmlərinin 35%-i Türkiyənin "NAB Holding"inə, 31,11%-i Hikmət Abuzər oğlu İsmayılova ("Azsığorta" ASC-nin 100%-lik səhmdarı), 28,89%-i "Azpetrol" neft şirkətinə, 5%-i isə Elçin Həmid oğlu İsayevə (Müşahidə Şurasının sədri) məxsusdur.

Son xəbərlər

Orphus sistemi