Bakı. 29 yanvar. REPORT.AZ/ “Bank of Baku” müştərilərinə pul vəsaitlərini daha rahat və təhlükəsiz şəraitdə göndərmələri üçün təqdim etdiyi imkanları daha da təkmilləşdirib.
Bu barədə “Report”a bankdan bildirilib.
Məlumatda deyilir ki, bundan əvvəl müştərilərinə ödəniş terminalları və internet bankçılıq vasitəsilə “Contact” təcili pul köçürmələri sistemindən istifadə imkanını təqdim edən “Bank of Baku” xaricə pul köçürmə üzrə gündəlik limitin məbləğini 500 ABŞ dollarına qədər artırıb. Bununla yanaşı, bank ölkəxarici pul köçürmələri xidmətini bankın bütün ödəniş terminallarında aktivləşdirib.
İndi müştərilər həm “Bank of Baku”nun filialları daxilində, həm də filialdan kənar ödəniş terminallarına yaxınlaşaraq 24/7 rejimində ölkə xaricinə pul köçürmə əməliyyatlarını həyata keçirə bilərlər. Bunun üçün bankın ödəniş terminalından “Təcili Pul Köçürmə” bölməsini seçib, müştəri kodunu daxil etmək, mobil nömrəyə SMS-lə göndərilmiş birdəfəlik şifrəni yığmaq, vəsaitin göndəriləcəyi ölkəni seçmək, alacaq şəxsin adını, soyadını, mobil telefonunu qeyd etmək, əməliyyatı təsdiq etmək lazımdır. Əməliyyat uğurla tamamlandıqdan sonra müştəri köçürmə haqqında qəbzi əldə edə bilər.
“Bank of Baku”nun ın müştəriləri nağd pul vəsaitini Rusiya, Belarus, Gürcüstan, Qazaxıstan, Qırğızıstan, Moldova, Özbəkistan və Tacikistana göndərə bilərlər. Bankın ödəniş terminallarının ünvanları haqqında dəqiq məlumatla bu
Daha ətraflı məlumatı “Bank of Baku”nun 145 Məlumat Mərkəzindən, Bankın “Facebook” sosial şəbəkəsindəki səhifəsindən (