"Bank of Baku” yeni kampaniya keçirir

"Bank of Baku” yeni kampaniya keçirir Sentyabrın 17-dək davam edən kampaniyada “Bolkart” debet və “Bolkart” kredit kart sahibləri iştirak edə bilər
Maliyyə
27 İyul , 2017 17:13
Bank of Baku” yeni kampaniya keçirir

Bakı. 27 iyul. REPORT.AZ/ “Bank of Baku” ASC “Bolkartla alış-veriş et, Nyu-Yorka 2 nəfərlik səyahət qazan” adlı kampaniya keçirir.

“Report”un Banka istinadən verdiyi xəbərə görə, sentyabrın 17-dək davam edən kampaniyada “Bolkart” debet və “Bolkart” kredit kart sahibləri iştirak edə bilər. 

Kampaniya “Bolkart” kartları ilə həm ölkə daxili, həm də ölkə xaricində edilən bütün ödənişlərə şamil edilir. Şərtlərə əsasən, kampaniya dövründə minimum 20 manatlıq (əməliyyat sayı ən azı 5 olmaqla) ödənişlərinin ümumi məbləği daha çox olan "Bolkart"lı qalib olacaq.

Kampaniyanın yekununda əsas qalibin müəyyənləşdirilməsi ilə yanaşı, həmçinin həftəlik və aylıq qaliblər də təyin olunub hədiyyə ilə mükafatlandırılacaqlar. Belə ki, həftə ərzində ödənişlərin ümumi məbləği ən çox olan ilk 3 "Bolkart"lıya (20 manat dəyərində əməliyyatların sayı həftə ərzində minimum 3 dəfə olmaq) "Bolkart Gold"/"Bolkart Diamond" + 100 manat bal, kampaniya dövründə hər ayın yekununda ödənişlərin ümumi məbləği ən çox olan "Bolkart"lıya (20 manat dəyərində əməliyyatların sayı ay ərzində minimum 5 dəfə olmaq) fotoaparat, ümumi kampaniya dövründə yuxarıdakı şərtlər nəzərə alınmaqla ödənişlərinin ümumi məbləği ən çox olan "Bolkart"lıya isə Nyu-Yorka 2 nəfərlık səyahət paketi (aviabilet, transfer və otel daxil olmaqla viza dəstəyi) hədiyyə olunacaq.

Qeyd edək ki, şərtlərə əsasən, iki və daha çox "Bolkart"lının ödənişlərinin ümumi məbləği eyni olduqda, əməliyyat sayı daha çox olan "Bolkart"lı qalib hesab olunacaq.

Kampaniyada Bankın əməkdaşları və onların birinci dərəcəli qohumları iştirak etmir. 

Son xəbərlər

Orphus sistemi