“Bank of Baku”nun səhmdarlarının yığıncağının vaxtı dəyişdirilib

“Bank of Baku”nun səhmdarlarının yığıncağının vaxtı dəyişdirilib “Bank of Baku” ASC-nin səhmdarlarının iyunun 25-i, saat 15:00-a təyin edilmiş ənənəli illik yığıncağının vaxtı iyunun 27-nə dəyişdirilib.
Maliyyə
19 İyun , 2019 09:47
“Bank of Baku”nun səhmdarlarının yığıncağının vaxtı dəyişdirilib

“Bank of Baku” ASC-nin səhmdarlarının iyunun 25-i, saat 15:00-a təyin edilmiş ənənəli illik yığıncağının vaxtı iyunun 27-nə dəyişdirilib.

“Report” xəbər verir ki, yığıncaq Bankın Bakı şəhəri, Nərimanov rayonu, Atatürk prospekti, 42 ünvanında olacaq.

Yığıncağın gündəliyi açıqlanmayıb.

Xatırladaq ki, "Bank of Baku" 1994-cü ildən fəaliyyət göstərir. Onun nizamnamə kapitalı 52,87 mln. manatdır. Bankın səhmlərinin 35%-i Türkiyənin "NAB Holding"inə, 31,11%-i Hikmət Abuzər oğlu İsmayılova ("Azsığorta" ASC-nin 100%-lik, "AFB Bank" ASC-nin isə 99,64%-lik səhmdarı), 28,89%-i "Azpetrol Neft Şirkəti" MMC-yə, 5%-i isə Elçin Həmid oğlu İsayevə (Müşahidə Şurasının sədri) məxsusdur.

Son xəbərlər

Orphus sistemi