“Bank of Baku"nun səhmdarlarının yığıncağı keçiriləcək

“Bank of Baku"nun səhmdarlarının yığıncağı keçiriləcək İyulun 6-da, saat 15:00-da “Bank of Baku” ASC-nin səhmdarlarının ümumi yığıncağı keçiriləcək.
Maliyyə
20 May , 2020 08:58
“Bank of Bakunun səhmdarlarının yığıncağı keçiriləcək

İyulun 6-da, saat 15:00-da “Bank of Baku” ASC-nin səhmdarlarının ümumi yığıncağı keçiriləcək.

“Report” xəbər verir ki, yığıncaq bankın Bakı şəhəri, Atatürk prospekti, 42 ünvanında yerləşən baş ofisində olacaq.

Yığıncağın gündəliyi açıqlanmayıb.

Xatırladaq ki, "Bank of Baku" 1994-cü ildən fəaliyyət göstərir. Onun nizamnamə kapitalı 52,9 milyon manatdır. Bankın səhmlərinin 35%-i Türkiyənin "NAB Holding"inə, 31,1%-i Hikmət Abuzər oğlu İsmayılova ("Azsığorta" ASC-nin 100%-lik, "AFB Bank" ASC-nin isə 99,6%-lik səhmdarı), 28,9%-i "Azpetrol Neft Şirkəti" MMC-yə, 5%-i isə Elçin Həmid oğlu İsayevə (Müşahidə Şurasının sədri) məxsusdur.

Son xəbərlər

Orphus sistemi