"Bank of Baku"nun səhmdarları növbədənkənar yığışacaq

"Bank of Baku"nun səhmdarları növbədənkənar yığışacaq Yığıncağın gündəliyi açıqlanmır
Maliyyə
13 Dekabr , 2016 09:19
Bank of Bakunun səhmdarları növbədənkənar yığışacaq

Bakı.13 dekabr. REPORT.AZ/ Yanvarın 27-də "Bank of Baku" ASC-nin səhmdarlarının növbədənkənar ümumi yığıncağı keçiriləcək. "Report" rəsmi mətbuata istinadən xəbər verir ki, yığıncaq Bankın baş ofisinin yerləşdiyi Bakı şəhəri, Atatürk prosoekti, 42 ünvanında baş tutacaq.

Yığıncağın gündəliyi açıqlanmır.

Xatırladaq ki, "Bank of Baku" 1994-cü ildən fəaliyyət göstərir. Onun nizamnamə kapitalı 52,87 mln. manatdır. Bankın səhmlərinin 35%-i Türkiyənin "NAB Holding"inə, 31,11%-i Hikmət Abuzər oğlu İsmayılova ("Azsığorta" ASC-nin 100%-lik səhmdarı), 28,89%-i "Azpetrol Neft Şirkəti" MMC-yə, 5%-i isə Elçin Həmid oğlu İsayevə (Müşahidə Şurasının sədri) məxsusdur.

Son xəbərlər

Orphus sistemi