“Bank of Baku”nun səhmdarları növbədənkənar toplaşırlar

“Bank of Baku”nun səhmdarları növbədənkənar toplaşırlar Bakı. 22 noyabr. REPORT.AZ/ Gələn il yanvarın 8-də “Bank of Baku” ASC-nin səhmdarlarının növbədənkənar ümumi yığıncağı keçiriləcək.
Maliyyə
22 Noyabr , 2017 09:15
“Bank of Baku”nun səhmdarları növbədənkənar toplaşırlar

Bakı. 22 noyabr. REPORT.AZ/ Gələn il yanvarın 8-də “Bank of Baku” ASC-nin səhmdarlarının növbədənkənar ümumi yığıncağı keçiriləcək.

“Report” xəbər verir ki, yığıncaq bankın baş ofisinin yerləşdiyi Bakı şəhəri, Nərimanov rayonu, Atatürt prospekti, 42 ünvanında olacaq.

Yığıncağın gündəliyi açıqlanmayıb.

"Bank of Baku" 1994-cü ildən fəaliyyət göstərir. Onun nizamnamə kapitalı 52,87 mln. manatdır. Bankın səhmlərinin 35%-i Türkiyənin "NAB Holding"inə, 31,11%-i Hikmət Abuzər oğlu İsmayılova ("Azsığorta" ASC-nin 100%-lik səhmdarı), 28,89%-i "Azpetrol Neft Şirkəti" MMC-yə, 5%-i isə Elçin Həmid oğlu İsayevə (Müşahidə Şurasının sədri) məxsusdur.

Son xəbərlər

Orphus sistemi