​"Bank of Baku"nun səhmdarları növbədənkənar toplaşacaq

​"Bank of Baku"nun səhmdarları növbədənkənar toplaşacaq İclasın gündəliyi səhmdarlara göndərilib
Maliyyə
18 İyun , 2016 12:19
​Bank of Bakunun səhmdarları növbədənkənar toplaşacaq

Bakı. 18 iyun. REPORT.AZ/ Avqustun 2-də "Bank of Baku" ASC-nin səhmdarlarının ümumi yığıncağının növbədənkənar iclası keçiriləcək. "Report" xəbər verir ki, iclas Bankın baş ofisi - Bakı şəhəri, Atatürk prospekti,42 ünvanında baş tutacaq.

İclasın gündəliyi bildirişlə birgə səhmdarlara göndərilib. Gündəlik üzrə materialları göstərilən ünvandan əldə etmək olar.

"Bank of Baku"nun səhmdarları Türkiyənin “NAB Holding” (35%), Hikmət Abuzər oğlu İsmayılov (31,1%, "Azsığorta" ASC-nin 100% səhmdarı), "Azpetrol" neft şirkəti (28,9%), Elçin Həmid oğlu İsayevdir (5%). Bankın nizamnamə kapitalı 52,87 mln. manatdır.

Son xəbərlər

Orphus sistemi