İyunda “Bank of Baku” səhmdarlarının toplantısı keçiriləcək

İyunda “Bank of Baku” səhmdarlarının toplantısı keçiriləcək İclasın gündəliyi ilə bağlı məlumat verilməyib
Maliyyə
11 May , 2019 09:48
İyunda “Bank of Baku” səhmdarlarının toplantısı keçiriləcək

İyunun 25-i saat 15:00-da “Bank of Baku” ASC-nin səhmdarlarının ümumi yığıncağının növbəti iclası keçiriləcək.

“Report” xəbər verir ki, bu barədə bank rəsmi mətbuatda elan verib.

Lakin iclasın gündəliyi ilə bağlı məlumat verilməyib. Yalnız gündəliyin artıq səhmdarlara göndərildiyi bildirilib.

Xatırladaq ki, "Bank of Baku" 1994-cü ildən fəaliyyət göstərir. Onun nizamnamə kapitalı 52,87 mln. manatdır. Bankın səhmlərinin 35%-i Türkiyənin "NAB Holding"inə, 31,11%-i Hikmət Abuzər oğlu İsmayılova ("Azsığorta" ASC-nin 100%-lik, "AFB Bank" ASC-nin isə 99,64%-lik səhmdarı), 28,89%-i "Azpetrol Neft Şirkəti" MMC-yə, 5%-i isə Elçin Həmid oğlu İsayevə (Müşahidə Şurasının sədri) məxsusdur.

Son xəbərlər

Orphus sistemi