“Bank of Baku”nun rəhbərliyinə yeni təyinat olub

“Bank of Baku”nun rəhbərliyinə yeni təyinat olub Bu, Əli İbrahimovdur
Maliyyə
12 Aprel , 2017 14:28
“Bank of Baku”nun rəhbərliyinə yeni təyinat olub

Bakı. 12 aprel. REPORT.AZ/ “Bank of Baku” ASC-nin İdarə Heyətinə (İH) yeni sədr müavini təyin edilib.

“Report” xəbər verir ki, bu, Əli İbrahimovdur.

O, 2005-2015-ci illərdə "Bank of Baku"nun Risklərin idarə edilməsi və maliyyə Departamentinin direktoru vəzifəsində, 2015-2016-cı illərdə isə "Kapital Bank" ASC-nin Maliyyə Departamentində şöbə müdiri vəzifəsində çalışıb.

Xatırladaq ki, "Bank of Baku" 1994-cü ildən fəaliyyət göstərir. Onun nizamnamə kapitalı 52,87 mln. manatdır. Bankın səhmlərinin 35%-i Türkiyənin "NAB Holding"inə, 31,11%-i Hikmət Abuzər oğlu İsmayılova ("Azsığorta" ASC-nin 100%-lik səhmdarı), 28,89%-i "Azpetrol Neft Şirkəti" MMC-yə, 5%-i isə Elçin Həmid oğlu İsayevə (Müşahidə Şurasının sədri) məxsusdur.

Son xəbərlər

Orphus sistemi