​“Bank of Baku”nun müştəriləri krediti elektron arayışla alacaq

​“Bank of Baku”nun müştəriləri krediti elektron arayışla alacaq “Bank of Baku” ASC kredit rəsmiləşdirilməsi prosesində elektron arayışdan istifadə mexanizmini tətbiq edir
Maliyyə
17 Sentyabr , 2014 17:09
​“Bank of Baku”nun müştəriləri krediti elektron arayışla alacaq

Bakı. 17 sentyabr. REPORT.AZ/ “Bank of Baku” ASC kredit rəsmiləşdirilməsi prosesində elektron arayışdan istifadə mexanizmini tətbiq edir. Bu barədə “Report”a “Bank of Baku”nun baş ofisindən məlumat verilib.

Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Məlumat Hesablama Mərkəzi (MHM) və “Bank of Baku” arasında imzalanan müqaviləyə əsasən, Bank “Elektron Hökumət” portalı ilə əməkdaşlığa başlayıb.

Müştəri elektron arayış almaq üçün ilk növbədə www.e-gov.az elektron hökumət portalına daxil olaraq "Vətəndaşa aid fərdi məlumatlar üzrə elektron arayışın verilməsi" xidməti vasitəsilə elektron arayışı formalaşdırır və banka göndərir. Elektron portala daxil olmaq üçün elektron imza sertifikatı, ASAN imza və ya kod-parollardan istifadə etmək olar. Kod parolu almaq üçün vətəndaş elektron portalda online qeydiyyat xidmətindən istifadə edə bilər. Kod-parolları həmçinin Bakı şəhərində və rayon mərkəzlərində bütün poçt şöbələrində ödənişsiz əldə etmək olar.

Müqavilənin şərtlərinə əsasən, bankın filiallarında eyni zamanda MHM-in qeydiyyat məntəqələri fəaliyyətə başlayır. Belə ki, müştəri kod-parol olan zərfləri bank filiallarından da əldə edə bilər. Bunun üçün şəxsiyyət vəsiqəsini təqdim etmək kifayətdir. Qeydiyyata düşən müştəriyə xüsusi zərfdə şifrə təqdim olunur. Bu şifrə ilə müştəri öz şəxsi kabinetinə rahat daxil olub elektron arayış göndərə bilər.

Müştəri fərdi məlumatlar üzrə elektron arayışı evindən, iş yerindən və yaxud bankda bu layihə üçün quraşdırılmış xüsusi kompüter vasitəsilə də göndərə bilər.

Göndərilən arayışlar “Elektron hökumət” tərəfindən onlayn qaydada imzalanır. Bankla iş tarixçəsindən və ödəniş qabiliyyətindən asılı olaraq ona nağd kredit, "Bolkart" və ya imtiyazlı “Dostlar Klubu” kartları təklif olunur.

Beləliklə, kredit almaq niyyətində olan şəxs banka baş çəkib “Elektron hökumət” portalı vasitəsilə elektron arayış göndərə bilər.

Xatırladaq ki, elektron arayışlar hələlik “Bank of Baku”nun yalnız baş ofisində (Atatürk pr-ti,42) başlanıb. Bu ay ərzində isə bu xidmət bankın filiallarında da tətbiq olunacaq.

Son xəbərlər

Orphus sistemi