Bakı. 30 yanvar. REPORT.AZ/ “Bank of Baku” ASC-nin aktivləri illik müqayisədə 27,3% azalaraq 2018-ci il yanvarın 1-nə 399,86 mln. manat təşkil edib.
“Report” bu barədə bankın illik maliyyə hesabatına istinadən xəbər verir.
Overdraftlar da daxil olmaqla müştərilərə verilən kredit və lizinqlərin xalis məbləği illik müqayisədə 21,7% azalaraq 197,695 mln. manata düşüb.
Bu müddətdə bankın cəmi öhdəlikləri 23,8% azalaraq 363,273 mln. manat olub. Müştəri depozitləri 14,9% azalaraq 241,743 mln. manata enib. Azərbaycan Mərkəzi Bankından alınmış kreditlərin həcmi də 3 dəfə azalaraq 2018-ci il yanvarın 1-nə 20,0 mln. manat olub. Bu ilin əvvəlinə bankın cəmi kapitalı 36,587 mln. manat, nizmanamə kapitalı 52,87 mln. manat, məcmu kapitalı 24,611 mln. manat təşkil edib.
"Bank of Baku"nun 2017-ci ildə zərəri əvvəlki ilə nisbətən 2,3 dəfə artıb və bank 2017-ci ili 35,428 mln. manat zərərlə başa vurub.