Bakı. 7 noyabr. REPORT.AZ/ “Bank of Baku” ASC Bakı Metropoliteninin 50 illik yubileyi münasibətilə metro işçiləri üçün özəl kredit kampaniyası keçirir.
“Report” banka istinadən xəbər verir ki, kampaniya çərçivəsində metroda işləyənlər noyabrın 16-dək 10 min manata qədər nağd pul kreditlərini 2% endirimlə əldə edəcəklər.
Kredit üçün əmək haqqı tələbi vergilər daxil olmaqla azı 185 manatdır. Borc 36 aya qədər müddətə verilir. Krediti maaş kartı digər banklarda olan şəxslər də ala bilər. Məbləğdən asılı olaraq kreditin zaminsiz ayrılması mümkündür. Rəsmiləşdirmə komissiyası cəmi 1%-dir.
Kampaniya haqqında daha ətraflı məlumatı Bankın 145 Məlumat Mərkəzinə zəng etməklə və yaxud “Facebook” sosial şəbəkəsindəki rəsmi səhifəsinə (