"Bank of Baku" iş rejimi barədə məlumat yayıb

"Bank of Baku" iş rejimi barədə məlumat yayıb Bankın Bakıdakı üç filialı bayram günlərində saat 10:00-dan 20:00-dək işləyəcək
Maliyyə
15 Mart , 2017 12:06
Bank of Baku iş rejimi barədə məlumat yayıb

Bakı. 15 mart. REPORT.AZ/ Maliyyə Bazarlarına Nəzarət Palatasının tövsiyəsi əsasında "Bank of Baku" ASC-nin 3 filialı 18-26 mart tarixlərində gücləndirilmiş iş rejimində fəaliyyət göstərəcək.

"Report" bu barədə Banka istinadən xəbər verir.

Belə ki, Bankın Bakıdakı "Mərkəz" filialı (Azərbaycan pr-ti,3), "Azneft" filialı (Neftçilər pr-ti,65) və "Səməd Vurğun" filialı (Puşkin küçəsi,12/14) saat 10:00-dan 20:00-dək (13:00-14:00 - nahar fasiləsi) işləyəcək.

Bayram günlərində müştərilər qeyd olunan hər 3 filialda valyuta mübadiləsi əməliyyatı xidmətindən faydalana bilərlər.

Qeyd edək ki, qeyri-iş günlərində Bankın Bakıda və regionlarda fəaliyyət göstərən digər filialları və partnyor mağazaları da ödəniş terminalları vasitəsilə müştərilərin xidmətində olacaq.

Belə ki, müştərilər kredit və digər ödənişlərini Bankın filiallarında 24/7 iş rejimində çalışan ödəniş terminalları, “MilliÖn” və “eManat” ödəniş terminalları vasitəsilə, eləcə də, www.bankofbaku.com, www.e-pul.azwww.hesab.az saytları vasitəsi ilə həyata keçirə bilərlər.

Qeyd edək ki, bayram günlərində edilmiş bütün ödənişlər Bankın əməliyyat proqramında ­­­27 mart 2017-ci il tarixində əks olunacaq.

Son xəbərlər

Orphus sistemi