"Bank of America": Manatın daha da möhkəmlənməsi üçün əsaslı potensial var

"Bank of America": Manatın daha da möhkəmlənməsi üçün əsaslı potensial var Pul-kredit siyasətinin sərtləşdirilməsi isə ölkədə devalvasiya təzyiqlərini azaldıb
Maliyyə
15 Mart , 2017 16:04
Bank of America: Manatın daha da möhkəmlənməsi üçün əsaslı potensial var

Bakı. 15 mart. REPORT.AZ/ "Azərbaycan manatının məzənnəsinin daha da möhkəmlənməsi üçün əsaslı potensial yaranıb". 

"Report" "Bloomberg" agentliyinə istinadən xəbər verir ki, bu açıqlama ilə ABŞ-ın nüfuzlu "Bank of America" bankının Rusiya və MDB üzrə baş iqtisadçısı Vladimir Osakovskiy bildirib. 

Baş iqtisadçı hesab edir ki, Azərbaycanda həyata keçirilən makroiqtisadi islahatlar tədbirləri fiskal və pul-kredit siyasəti baxımından müvəffəqiyyətlə davam etdirilir. Bank sektorunun cari maliyyələşməni və iqtisadi artımı əngəlləməsi tendensiyası müşahidə olunsa da, makroiqtisadi vəziyyət nəzarət altındadır. Pul-kredit siyasətinin sərtləşdirilməsi isə ölkədə devalvasiya təzyiqlərini azaldıb.

Vladimir Osakovskiy

Son xəbərlər

Orphus sistemi