Bank müştərilərinin sayı ilin əvvəlindən 8% artıb

Bank müştərilərinin sayı ilin əvvəlindən 8% artıb Bakı. 27 oktyabr. REPORT.AZ/ Azərbaycanın bank sektorunun müştəri bazası aylıq müqayisədə 45 614 nəfər artaraq bu il avqustun 1-nə 6 230 166 nəfər təşkil edib.
Maliyyə
27 Oktyabr , 2018 15:04
Bank müştərilərinin sayı ilin əvvəlindən 8% artıb

Bakı. 27 oktyabr. REPORT.AZ/ Azərbaycanın bank sektorunun müştəri bazası aylıq müqayisədə 45 614 nəfər artaraq bu il avqustun 1-nə 6 230 166 nəfər təşkil edib.

"Report" bu barədə Azərbaycan Mərkəzi Bankına (AMB) istinadən xəbər verir.

Məlumata görə, müştərilərin 6 130 596 nəfəri fiziki, 99 570 nəfəri hüquqi şəxslərdir. Sentyabrda fiziki şəxslərin sayında 44 980 nəfər, hüquqi şəxslərin sayında isə 634 nəfər artım qeydə alınıb.

Ayrıca bu müddətdə bank müştərisi olan fərdi sahibkarların sayında da artım olub. Belə ki, bu kateqoriyadan olanların sayı 2 577 nəfər artaraq 255 142 nəfərə çatıb.

Xatırladaq ki, ilin əvvəli ilə müqayisədə bank müştərilərinin sayı 458 126 nəfər və ya 7,9% artıb. 

Son xəbərlər

Orphus sistemi