Bank müştərilərinin sayı ilin əvvəlindən 1,6 mln nəfər artıb

Bank müştərilərinin sayı ilin əvvəlindən 1,6 mln nəfər artıb Bu il avqustun 1-nə Azərbaycanın bank sektorunun müştəri bazası 10 milyon 714 min 685 nəfərə çatıb
Maliyyə
26 Avqust , 2021 10:25
Bank müştərilərinin sayı ilin əvvəlindən 1,6 mln nəfər artıb

Bu il avqustun 1-nə Azərbaycanın bank sektorunun müştəri bazası aylıq müqayisədə 241 350 nəfər və ya 2,3 % artaraq 10 milyon 714 min 685 nəfər təşkil edib.

"Report" bu barədə Azərbaycan Mərkəzi Bankına (AMB) istinadən xəbər verir.

Məlumata görə, müştərilərin 98,8 %-i və ya 10 milyon 591 min 445 nəfəri fiziki, 1,2 %-i və ya 123 min 240 nəfəri hüquqi şəxslərdir. İyul ayında fiziki şəxslərin sayında 2,3 % və ya 240 min 096 nəfər, hüquqi şəxslərin sayında isə 1 % və ya 1 min 254 nəfər artım qeydə alınıb.

Ayrıca bu müddətdə bank müştərisi olan fərdi sahibkarların sayında da artım olub. Belə ki, bu kateqoriyadan olanların sayı 2,2 % və ya 9 min 868 nəfər artaraq 457 min 528 nəfərə çatıb.

Xatırladaq ki, ilin əvvəli ilə müqayisədə bank müştərilərinin sayı 1 milyon 640 min 859 nəfər və ya 18,1 % artıb.

Son xəbərlər

Orphus sistemi