"Muğanbank"ın xalis mənfəəti 15% artıb

"Muğanbank"ın xalis mənfəəti 15% artıb Bankın faiz mənfəəti 50% artaraq 24 mln. manatı keçib
Maliyyə
7 Fevral , 2015 11:01
Muğanbankın xalis mənfəəti 15% artıb

Bakı. 7 fevral. REPORT.AZ/ Azərbaycan "Muğanbank" ASC ötən il ərzində 6,120 mln. manat mənfəət əldə edib. Vergi ödənildikdən sonra xalis mənfəət isə 4,698 mln. manat təşkil edib.

"Report"un banka istinadən verdiyi xəbərə görə, 2014-cü ildə bankın mənfəəti əvvəlki illə müqayisədə 12,67% xalis mənfəəti isə 15,14% artıb.

Hesabata əsasən, ötən il ərzində bankın gəlirləri 37,92% artaraq 59,309 mln. manat, o cümlədən faiz gəlirləri 40,04% artaraq 43,136 mln. manat, qeyri-faiz gəlirləri 32,56% artaraq 16,173 mln. manat olub. Ötən il ərzində bankın xərclərində artım müşahidə olunub. Belə ki, bankın məcmu xərci 41,57% artaraq 53,189 mln. manata çatıb. Xərclərin 18,928 mln. manatını faiz, 34,261 mln. manatını qeyri-faiz xərcləri əhatə edib. Hesabat ilində faiz xərclərində 29,19%, qeyri-faiz xərclərində 75,98% artım qeydə alınıb.

Beləliklə də ötən il ərzində bankın faiz mənfəəti 49,88% artaraq 24,208 mln. manat, qeyri-faiz zərəri 2,49 dəfə artaraq 18,088 mln. manat təşkil edib.

Son xəbərlər

Orphus sistemi