"Bank Melli İran" bankı Azərbaycandakı fəaliyyətini I rübdə mənfəətlə başa vurub

"Bank Melli İran" bankı Azərbaycandakı fəaliyyətini I rübdə mənfəətlə başa vurub Bankın xarici valyuta mövqeyinin yenidən qiymətləndirilməsindən yaranan gəlirləri kəskin artıb
Maliyyə
9 İyun , 2015 14:14
Bank Melli İran bankı Azərbaycandakı fəaliyyətini I rübdə mənfəətlə başa vurub

Bakı. 9 iyun. REPORT.AZ/ "Bank Melli İran" bankının Bakı filialı 2015-ci ilin birinci rübünü 503,7 min manat mənfəətlə başa vurub.

"Report"un banka istinadən verdiyi xəbərə görə, hesabat rübündə bankın gəlirləri 2,5 mln. manat, xərcləri 349,1 min manat təşkil edib. Aktivlər üzrə ehtiyatların yaradılmasına 1,6 mln. manat ayrılıb.

Hesabata əsasən, bankın faiz gəlirləri 612,3 min manat, xərcləri 49,7 manat olmaqla faiz mənfəəti 612,3 min manat təşkil edib. Ötən ilin müvafiq dövründə bu göstərici 2,8 dəfə çox - 1,7 mln. manat olub.

Bildirək ki, hesabata görə, gəlirlərin artımı əsasən xarici valyuta mövqeyinin yenidən qiymətləndirilməsindən yaranan gəlirlərin payına düşüb. Belə ki, bu növ gəlirlər 2,2 min manatdan 1,8 mln. manata yüksəlib.

Qeyd edək ki, "Bank Melli İran-Bakı" ötən ilin ilk rübünü 383,6 min manat zərərlə başa vurub.

Son xəbərlər

Orphus sistemi