“Bank Melli İran-Baku"nun xalis mənfəəti kəskin azalıb

“Bank Melli İran-Baku"nun xalis mənfəəti kəskin azalıb Bakı. 10 yanvar. REPORT.AZ/ “Bank Melli İran-Bakunun aktivləri illik müqayisədə 9,9% artaraq 2019-cu il yanvarın 1-nə 110 441 470 manata yüksəlib.
Maliyyə
10 Yanvar , 2019 11:35
“Bank Melli İran-Bakunun xalis mənfəəti kəskin azalıb

Bakı. 10 yanvar. REPORT.AZ/ “Bank Melli İran-Baku"nun aktivləri illik müqayisədə 9,9% artaraq 2019-cu il yanvarın 1-nə 110 441 470 manata yüksəlib.

“Report” bu barədə bankın illik maliyyə hesabatına istinadən xəbər verir.

Aktivlərin 3 577 661 manatını müştərilərə verilmiş kreditlər təşkil edib. Hesabat dövründə bankın kredit portfelində 6,6% artım qeydə alınıb.

Hesabat dövründə bankın cəmi öhdəlikləri də 27,4% artaraq 2019-cu il yanvarın 1-nə 39 770 128 manata çatıb. Öhdəliklərin də 30 913 601 manatını maliyyə institutları qarşısında öhdəliklər, 8 459 216 manatını müştəri hesbaları əhatə edib. Bankın nizamnmaə kapitalı hesbaat ilində dəyişməyərək 73 611 171 manat səviyyəsində qalıb. Cari kapitalı isə 2% artaraq 70 671 343 manat olub.

Bank ötən il ərzində 2 140 191 manat xalis mənfəət əldə edib. Bank il ərzində 12 947 manat mənfəət vergisi ödəyib.

Qeyd edək ki, 2017-ci ildə isə bankın xalis mənfəəti 6 923 174 manat, mənfəət verhgisi 256 762 manat təşkil edib. 

Son xəbərlər

Orphus sistemi