Bakı. 17 aprel. REPORT.AZ/ "Bank Melli İran" Bakı filialının aktivləri illik müqayisədə 34,6% artaraq bu il aprelin 1-nə 110 543 997 manat təşkil edib.
“Report” bu barədə Bankın rüblük maliyyə hesabatına istinadən xəbər verir.
Hesabat dövründə Bankın kredit portfeli 1,9 dəfə azalaraq 6 020 924 manatdan 3 179 429 manata düşüb.
Son 1 ildə Bankın cəmi öhdəlikləri 88,4% artaraq 39 839 463 manata yüksəlib. Bunun da 3 936 763 manatını müştəri hesabları əhatə edib.
Martın sonuna Bankın nizamnamə kapitalı 73 611 171 manat, cəmi kapitalı 70 704 534 manat təşkil edib.
Bank birinci rübdə 855 956 manat mənfəət əldə edib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 2,6 dəfə çoxdur.