Azərbaycanda banklararası kreditlər bahalaşıb

Azərbaycanda banklararası kreditlər bahalaşıb Ən bahalı 1 ildən artıq müddətə xarici valyutada verilən kreditlər olub
Maliyyə
13 Dekabr , 2014 10:04
Azərbaycanda banklararası kreditlər bahalaşıb

Bakı. 13 dekabr. REPORT.AZ/ Bu ilin oktyabr ayında Azərbaycanda banklararası kreditlər üzrə orta faiz dərəcəsi artıb. 

"Report"un Mərkəzi Bankın hesabatına istinadən verdiyi xəbərə görə, oktybar ayında bu kreditlər üzrə orta illik faiz dərəcəsi manatla 7,94%, xarici valyutada isə 5,03% təşkil edib. Bu isə əvvəlki ayla müqayisədə müvafiq olaraq 0,08 və 0,4 faiz bəndi çoxdur.

Ötən ilin eyni dövrü ilə müqayisədə orta faiz dərəcəsi manatla verilmiş kreditlər üzrə azalsa da, xarici valyutada əksinə artıb. Hesabata əsasən 2013-cü ilin oktyabr ayında orta faiz dərəcəsi manatla kreditlər üzrə 10,10%, xarici valyutada isə 3,76% olub.

Bildirək ki, ən yüksək faiz dərəcəsi 1 ildən yuxarı müddətə xarici valyutada verilən kreditlər üzrə olub və 16,79% təşkil edib. Bu göstərici əvvəlki ayın səviyyəsində qalıb. Milli valyutada verilən kreditlər üzrə faiz dərəcəsi isə əksinə, aylıq müqayisədə 0,29 faiz bəndi azalaraq 8,15% təşkil edib. 

Son xəbərlər

Orphus sistemi